"Araz-Naxçıvan" 4 futbolçusu ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçlə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssuf Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə müqaviləni yeniləyən, Bar Koen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə də yollarını ayırıb.
İdman.biz