UEFA Konfrans Liqasında iştirak edəcək “Araz-Naxçıvan” 4 futbolçu ilə başa çatan müqaviləni yeniləməyib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviç yola salınıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.