EN

"Araz-Naxçıvan" dörd futbolçu ilə yollarını ayırdı

UEFA Konfrans Liqasında iştirak edəcək "Araz-Naxçıvan" dörd futbolçu ilə başa çatan müqaviləni yeniləməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, söhbət Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçdən gedir.
 
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çance Simakala Ba-Muakanı transfer edən "Araz-Naxçıvan" Vadim Abdullayevlə də yollarını ayırıb.
Chosen
9
21
moderator.az

10Sources