EN

Ali Koç “Qarabağ”ın düşərgəsində – FOTOLAR

“Qarabağ”ın Baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan “Fənərbağça” İdman Klubunun prezidenti Ali Koçla görüşüblər. 

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. 

Görüşün sonunda Ali Koça “Qarabağ”ın forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Chosen
9
27
idmanxeber.az

10Sources