EN

Sensasion iddia: İrana qarşı yeni plan

ABŞ zərbə endirməkdən imtina edərsə, İsrail İranın Fordodakı nüvə obyektinə xüsusi təyinatlılarını göndərə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın zərbənin lehinə qərar verəcəyinə inanır. Eyni zamanda, onlar hətta təkbaşına Fordo obyektinə ciddi ziyan vura biləcəklərini iddia edirlər.

Fordoda dağda yerləşən obyekt uranın zənginləşdirilməsi zavodudur.

“Axios” qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu və Vaşinqtondakı səfir Yehiel Leyter son müsahibələrində İD-nin hava hücumlarından başqa seçimləri olduğuna da eyham vurublar.

Onlardan biri, nəşrə görə, riskli xüsusi təyinatlı əməliyyatdır. Məlumata görə, İsrail xüsusi təyinatlıları belə bir əməliyyatı 2024-cü ilin sentyabrında daha kiçik miqyasda da olsa, artıq həyata keçirib. Əsgərlər Suriyada yeraltı raket istehsalı zavoduna partlayıcılar yerləşdirərək məhv ediblər.

Chosen
6
5
publika.az

6Sources