AZ

İsrail İranın Fordodakı nüvə obyektinə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır

ABŞ İranın Fordodakı nüvə obyektinə zərbə endirməkdən imtina edərsə, İsrail xüsusi təyinatlılar əməliyyatı keçirə bilər. Bu barədə Axios portalı İsrail və Amerika rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

"İsrail iddia edir ki, o, hətta təkbaşına da obyektə ciddi ziyan vurmağa qadirdir. Seçimlərdən biri xüsusi təyinatlıların reydidir", - nəşr yazır.

Mənbələrə görə, Təl-Əviv daha əvvəl ABŞ administrasiyasına quru əməliyyatının bombardmana alternativ ola biləcəyini bildirmişdi.

Bundan əvvəl ABC News xəbər vermişdi ki, ABŞ İranın Fordodakı nüvə obyektinə bir deyil, bir neçə dəfə zərbə endirə bilər.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb. İran İsraildəki hərbi obyektləri vuraraq “Doğru vəd 3” əməliyyatı ilə cavab verdi.

Hər iki ölkədəki zərbələr nəticəsində onlarla insan yaralanıb. İran və İsrail bir-birinə hücumlarını davam etdirir.

Əziz Mustafa

Seçilən
5
5
oxumeni.az

6Mənbələr