AZ

İsrail İranda Suriya taktikası

İsrail, ABŞ İranın Fordodakı nüvə obyektinə zərbə endirməkdən imtina edəcəyi təqdirdə, xüsusi təyinatlı qüvvələrini bu obyektə göndərə bilər.

“Axios”un məlumatına görə, İsrail rəsmiləri hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp zərbə endirilməsi lehinə qərar verəcək. Bununla yanaşı, onlar iddia edirlər ki, təkbaşına da Fordodakı obyektə ciddi ziyan vura bilərlər.

Söhbət hava hücumlarından qorunmaq məqsədilə dağın altında yerləşən uranın zənginləşdirilməsi zavodundan gedir.

“Axios” qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu və Vaşinqtondakı səfir Yexiel Leyter son müsahibələrində İsrail Ordusunun hava zərbələrindən başqa alternativ variantlara da malik olduğuna eyham vurublar.

Nəşrin məlumatına görə, bu variantlardan biri riskli xüsusi təyinatlı əməliyyatdır. Bildirilir ki, İsrailin xüsusi bölmələri belə bir əməliyyatı artıq 2024-cü ilin sentyabrında, lakin daha kiçik miqyasda həyata keçiriblər. Belə ki, qoşunlar Suriyada yeraltı raket istehsalı zavodunu partlayıcı maddələr yerləşdirərək məhv ediblər.

Hazırda İsrail İranın hava məkanına tam nəzarət etdiyi və İran ordusuna ciddi zərbə vurduğu bir vaxtda, xüsusi təyinatlı əməliyyat əvvəlki qədər ekstremal görünmür.

Amerikalı rəsminin sözlərinə görə, israillilər Tramp administrasiyasına bildiriblər ki, bombalar dağı kifayət qədər dərin deşə bilməsə də, “onlar (israillilər — red.) bunu insanlar vasitəsilə edə bilərlər”.

Seçilən
2
5
vaxt.az

6Mənbələr