EN

Belarus yüngül sənaye sahəsində Azərbaycanla ticarət dövriyyəsini iki dəfə artırmağa ümid edir - "Belleqprom" rəhbəri (Özəl müsahibə)

Bakı. Trend:

Belarus yüngül sənaye sahəsində Azərbaycanla ticarətdövriyyəsini iki dəfə artırmağa ümid edir.

Bunu Trend-ə özəlmüsahibəsində “Belleqprom” konserninin idarə heyətinin sədriTatyana Luqina konsernin nümayəndə heyətinin Bakıda Azərbaycanınişgüzar dairələrinin nümayəndələri ilə keçirdiyi biznes-görüşlərçərçivəsində bildirib.

“Azərbaycan tərəfi ilə ölkələrimiz arasında yüngül sənayesahəsində ticarət dövriyyəsini təhlil etdik. Yüngül sənayemüəssisələrinin ixracını şaxələndirərək bu bazarı 2025-ci ildə dahasistemli şəkildə işləməyi və məhsullarımızı marketinq alətlərivasitəsilə təşviq etməyi planlaşdırmışıq. Müəyyən uğurlarabaxmayaraq, yüngül sənaye sahəsində təxminən 5 milyon dollar olanticarət dövriyyəsi hələ də aşağı səviyyədədir və artım üçün böyükpotensiala malikdir. Əlbəttə, ticarət dövriyyəsini minimum ikiqatartırmaq istərdik. Lakin əgər hər il 20–30 faiz artım olsa, bu dauğur sayılacaq. Biz daha sistemli və fəal şəkildə görüşməli,əməkdaşlıq etməli və məhsullarımızı təşviq etməliyik. Belarusyüngül sənayesinin bu bazarda layiqli şəkildə təmsil olunması üçünburada müxtəlif çeşidli Belarus məhsullarını bir məkanda təqdimedən ayrıca pərakəndə satış mağazaları açılmalıdır”, – deyə obildirib.

T. Luqina vurğulayıb ki, Azərbaycan bazarı inkişaf edən bazardırvə burada, ələlxüsus da, keyfiyyətli tekstil məhsullarına davamlıtələbat mövcuddur.

“Azərbaycan cəmiyyətinin ənənələrində çay süfrəsi, geniş ailəilə görüşlər, ev rahatlığı xüsusi yer tutur. Məhz buna görə dəbizim tekstil məhsullarımız həm keyfiyyət baxımından, həm də tələbbaxımından bu gözləntilərə cavab verə və azərbaycanlı istehlakçılararasında Belarus məhsullarına sədaqəti qazana və möhkəmləndirəbilər. Əsas diqqəti, təbii ki, kətan məhsullarına yönəldirik, çünkibu gün kətana bütün bazarlarda tələb var. Türkiyə, Hindistan,İtaliya, Fransa, Belçika kimi dünya brendləri də oxşar məhsullartəklif edir, lakin tamamilə fərqli qiymətlərlə. Bizim məhsullar isərəqabətə davamlı qiymət üstünlüyünə malikdir. Ona görə də bazardaiştirak strategiyasını yenidən gözdən keçirməliyik: özümüzü dahacəsarətlə təqdim etməli, məhsullarımızı daha fəal şəkildə təşviqetməli və burada öz pərakəndə satış şəbəkəmizi inkişafetdirməliyik”, – deyə “Belleqprom”un rəhbəri əlavə edib.

T. Luqinanın sözlərinə görə, bununla əlaqədar əsas məsələ kətanməhsulları mağazalarının və Bakıda kətan ticarət evinin açılmasıüçün birgə ticarət müəssisələri yaratmaq məqsədilə tərəfdaşlarınaxtarışıdır.

“Bu, Belarus ev tekstilindən tutmuş geyimə qədər geniş çeşiddəkətan məhsulların burada təqdim olunmasına imkan verəcək. Bizhazırda bu istiqaməti fəal şəkildə işləyirik. İkinci mühümistiqamət isə texniki tekstil məhsullarımızın, xüsusilə‘Moqoteks’in məhsullarının təşviqidir. Əminik ki, bu məhsullar daAzərbaycan bazarında öz yerini tuta bilər. Biz artıq Azərbaycandamüxtəlif strukturlar üçün xüsusi geyim və xidmət forması istehsaledən bir sıra tikiş müəssisələri ilə uzunillik əməkdaşlıqtəcrübəsinə malikik. Əfsuslar olsun ki, son illərdə bu əlaqələrmüəyyən dərəcədə zəifləyib və kooperasiya əvvəlki qədər fəal deyil.Lakin biz bu əməkdaşlığı bərpa etmək və genişləndirməkniyyətindəyik – danışıqlar, işgüzar təmaslar və ən əsası,ölkələrimizin güclü tərəflərindən istifadə etməklə”, – deyə“Belleqprom”un idarə heyətinin sədri əlavə edib

Onun sözlərinə görə, məqsəd Azərbaycanın müxtəlif sahələri üçüngeyim istehsalı da daxil olmaqla, davamlı əməkdaşlıq qurmaqdır.

“Söhbət Azərbaycanda Belarus parçasından istehsal edilə biləcəkvə məsələn, neft emalı müəssisələrində, orduda, gömrükdə və yatikinti sahəsində istifadə oluna biləcək məhsullardan gedir. Bu günbiz bu məsələlərin bütün spektrini müzakirə etdik və artıq ilkaddımları müəyyənləşdirmişik — həm niyyətlər baxımından, həm dəmümkün əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində.Həmçinin bizim çini zavodumuzun məhsulları da təqdim olundu. Mənanlayıram ki, bu gün Azərbaycan yüksək turizm potensialına malikölkədir. Burada işgüzar əlaqələr fəal inkişaf edir, çoxsaylı biznesgörüşləri keçirilir. Ölkədə müasir və tarixi otellər,mehmanxanalar, sanatoriyalar çoxdur. Buna görə də restoran vəyeməkxana qab-qacağı, həmçinin otel sektoru üçün tekstil də maraqdoğurur və yüksək tələbatla qarşılanır. Biz bu istiqaməti də təqdimetdik”, – deyə Tatyana Luqina vurğulayıb.

O, “Belleqprom” konserni və “Azərbaycanın Kiçik və Orta Biznesinİnkişafı Agentliyi ilə əməkdaşlıq haqqında memorandumunimzalandığını xatırladıb.

“Bu sənəd sənaye kooperasiyası, texnologiyaların mübadiləsi,birgə istehsal müəssisələrinin yaradılması və məhsulların hər ikiölkənin bazarlarında təşviqi üçün yeni imkanlar açır. Yəni, qeydetdiyim kimi, assosiasiya müxtəlif sahələrdə fəaliyyət göstərənmüəssisələri birləşdirsə də, biz onun rəhbəri ilə razılığa gəldikki, yaxın həftələrdə bu biznes icmasının tərkibindən yüngül sənayesahəsinə aid müəssisələr həm ticarət, həm də istehsal yönümlüolanlar seçiləcək.

Söhbət dəridən, ayaqqabıdan, aksesuar məhsullarından,tekstildən, tikiş istehsalından, eləcə də geyim və ona uyğunməhsulların satışı ilə məşğul olan ticarət obyektlərindən gedir.Belə hədəfli yanaşma bizə daha konkret əməkdaşlıq qurmağa vəəməkdaşlığın spesifik formatlarını işləməyə imkan verəcək”, – deyə“Belleqprom”un rəhbəri vurğulayıb.

O bildirib ki, danışıqların nəticəsi olaraq “Moqoteks”müəssisəsi ilə Bakı Tikiş Evi arasında parça tədarükünə dairmüqavilə imzalanıb.

Sonda Tatyana Luqina bu ilin oktyabr ayının ilk on günü ərzindəənənəvi milli yüngül sənaye məhsulları sərgisinin keçiriləcəyinielan edib.

“O, Minskdə yenicə açılmış "Belaya Ekspo" beynəlxalq sərgikompleksində baş tutacaq. Orada sərgilər üçün kifayət qədər genişsahə mövcuddur və biz Azərbaycan yüngül sənaye nümayəndələrini –bəlkə də vahid stend formatında və ya digər formada görməkdənməmnun olarıq”, – deyə T. Luqina qeyd edib.

Məqalədə:
Chosen
28
50
az.trend.az

10Sources