AZ

Azərbaycanda 9 iqtisadi rayonu əhatə edən Məhsul Festivalları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında vahid konsepsiya əsasında Məhsul Festivalları keçiriləcək və ümumilikdə 9 iqtisadi rayonu əhatə edəcək.

Finss.az-ın məlumatına görə, bu barədə Mərkəzin direktoru Anar Cəfərov bildirib.

O qeyd edib ki, festivalların əsas məqsədi regionların turizm potensialının tanıdılması, yerli kənd təsərrüfatı məhsullarının təqdim olunması, fermer və istehsalçıların dəstəklənməsi, həmçinin ictimai marağın və ticarət imkanlarının artırılmasıdır. Tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşmasına və milli-mədəni irsin qorunub saxlanmasına töhfə verəcək. Hər festivalda bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və fermer təsərrüfatlarının məhsulları təqdim olunacaq ki, bu da regionların aqrar potensialının və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına imkan yaradacaq.

Anar Cəfərov əlavə edib ki, dövlət-özəl sektor tərəfdaşlığı əsasında keçirilən festivallarda “Aqrar Tədarük və Təchizat” ASC, nazirliyin digər qurumları, dövlət strukturları, sahibkarlar, banklar, kredit təşkilatları və supermarket şəbəkələri fəal iştirak edir. Bu da fermerlərlə təchizatçılar arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradır.

Məhsul Festivalları aşağıdakı bölgələrdə təşkil olunacaq:

  • Samux – “İl Ərik”
  • Şəmkir – “Tərəvəz”
  • Daşkəsən – “Kənd və Fermer”
  • Kürdəmir – “Bostan”
  • Xaçmaz – “Şaftalı”
  • Göygöl – “İl Moruq”
  • Şamaxı – “Üzüm və Şərab”
  • Masallı – “Çəltik”
  • Neftçala – “Balıq”
  • Saatlı – “Pambıq”
  • Ağstafa – “Yerfındığı”
  • Balakən – “Xurma”
  • Ağdaş – “Heyva”
Seçilən
4
1
fins.az

10Mənbələr