EN

Bu 4 qidanı heç vaxt SİFARİŞ ETMƏYİN

ABŞ-da çalışan həkim Dr. Christine Adaeze Nwoha, restoran və ya kafe kimi yerlərdə heç vaxt sifariş etmədiyi 4 yüksək riskli qida barədə xəbərdarlıq edib. Bu qidaların bakteriya, viruslarla çirklənmə riski yüksəkdir və ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

News24.az həkimin uzaq durduğu 4 qidanı təqdim edir:

1. Limon və laym dilimləri

  • İçkilərə əlavə olunan bu meyvələr tez-tez yuyulmadan istifadə olunur.
  • Yerə düşüb təkrar istifadə edilə, təmizlənməmiş əllərlə toxunula bilər.

2. Buz küpləri

  • Buz aparatları nadir hallarda tam təmizlənir
  • Bakteriyalar donma şəraitində də sağ qala bilər
  • Əllərini yuyamayan personalın toxunması ilə çirklənə bilər.

3. Az bişmiş ət (xüsusilə hamburgerlər)

  •  Qıymanın içərisinə bakteriyalar yayılmış ola bilər.
  • Az bişmiş hamburgerlərdə E.coli və salmonella riski yüksəkdir.

4. Çiy xərçəng

  • Vibrio vulnificus adlı ölümcül bakteriya daşıya bilər
  • İmmuniteti zəif olanlarda sepsis və ölümə səbəb ola bilər
  • Hətta sağlam şəxslər üçün də təhlükəlidir.




Günel Məlikzadə

Chosen
10
1
news24.az

2Sources