ABŞ-da çalışan həkim Dr. Christine Adaeze Nwoha, restoran və ya kafe kimi yerlərdə heç vaxt sifariş etmədiyi 4 yüksək riskli qida barədə xəbərdarlıq edib. Bu qidaların bakteriya, viruslarla çirklənmə riski yüksəkdir və ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.
News24.az həkimin uzaq durduğu 4 qidanı təqdim edir:
1. Limon və laym dilimləri
- İçkilərə əlavə olunan bu meyvələr tez-tez yuyulmadan istifadə olunur.
- Yerə düşüb təkrar istifadə edilə, təmizlənməmiş əllərlə toxunula bilər.
2. Buz küpləri
- Buz aparatları nadir hallarda tam təmizlənir
- Bakteriyalar donma şəraitində də sağ qala bilər
- Əllərini yuyamayan personalın toxunması ilə çirklənə bilər.
3. Az bişmiş ət (xüsusilə hamburgerlər)
- Qıymanın içərisinə bakteriyalar yayılmış ola bilər.
- Az bişmiş hamburgerlərdə E.coli və salmonella riski yüksəkdir.
4. Çiy xərçəng
- Vibrio vulnificus adlı ölümcül bakteriya daşıya bilər
- İmmuniteti zəif olanlarda sepsis və ölümə səbəb ola bilər
- Hətta sağlam şəxslər üçün də təhlükəlidir.
Günel Məlikzadə