Bakı.Trend:
“Araz-Naxçıvan” heyətinə daha bir yeni futbolçu qatıb.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Naxçıvan təmsilçisi Bruno Franko ilə müqaviləimzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1illikdir.
27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib.“Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə dəBraziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim”klublarının formasını geyinib.