AZ

“Araz Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Araz-Naxçıvan” Bruno Franko ilə müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir. 27 yaşlı futbolçu ötən mövsüm Bolqarıstanın “Lokomotiv” (Sofiya) komandasında çıxış edib. “Lokomotiv”ə qədər o, “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branko”, “Batatais”, “Moqi Mirim” klublarının formasını geyinib.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
19
yeniazerbaycan.com

10Mənbələr