EN

“Araz-Naxçıvan”ın rəqibi “Gent”in oyunçusunu aldı

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Aris” heyətinə yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Saloniki təmsilçisi 25 yaşlı sağ cinah müdafiəçisi Noah Fadiqa ilə anlaşıb. Onun sonuncu klubu Belçikanın “Gent” kollektivi olub.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab qarşılaşmasını isə həmin ayın 31-də səfərdə keçiriləcək.

Chosen
28
50
msport.az

10Sources