“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni oyunçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.
Saloniki təmsilçisi 28 yaşlı hücumçu Tasos Donislə 2 illik müqavilə imzalayıb. O, həmçinin Yunanıstan millisinin üzvüdür.
Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək. “Araz-Naxçıvan” ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.