AZ

“Araz-Naxçıvan”ın rəqibi hücumçu ilə gücləndi

“Araz-Naxçıvan” klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” (Yunanıstan) heyətini gücləndirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Tasos Donisi transfer edib. Bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yunanıstan yığmasının 28 yaşlı hücumçusu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. “Araz-Naxçıvan” ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Seçilən
9
8
futbolpress.az

10Mənbələr