EN

Yasamalda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

19 iyun, 23:42

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
16
oxu.az

10Sources