EN

KİV: ABŞ İranda taktiki nüvə silahından istifadəni istisna etmir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Vaşinqton İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə zərbələr endirmək üçün taktiki nüvə silahından istifadəni istisna etmir".

Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Ceki Haynrix məlumat verib.

Bundan əvvəl Britaniyanın "The Guardian" qəzeti ABŞ Prezidenti Donald Trampın bu obyektə zərbə endirmək üçün taktiki nüvə silahından istifadə etməyi düşünmədiyini yazıb.

"Ağ Ev rəsmisi mənə dedi ki, bu nəşrin məzmunu həqiqətə uyğun deyil, ABŞ ordusu Fordodakı obyekti məhv etmək üçün bunker bombalarının effektivliyinə şübhə etmir və taktiki nüvə silahı da daxil olmaqla, heç bir variant masadan kənarda deyil", - Haynrix "X" sosial şəbəkəsində yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
oxu.az

3Sources