EN

Klublararası DÇ: PSJ "Botafoqo"ya məğlub oldu

Klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda "Botafoqo" PSJ-ni 1:0 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, oyun Pasadena şəhərindəki "Rouz Boul" stadionunda baş tutub.

Yeganə qolu matçın 36-cı dəqiqəsində hücumçu İqor Jesus vurub.

“Botafoqo” 6 xal toplayaraq B qrupunda birinci yerə yüksəlib. PSJ isə 3 xalla ikinci yerdə qərarlaşıb.

Chosen
35
36
operativmedia.az

10Sources