Klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda "Botafoqo" PSJ-ni 1:0 hesabı ilə məğlub edib.
Operativ Media xəbər verir ki, oyun Pasadena şəhərindəki "Rouz Boul" stadionunda baş tutub.
Yeganə qolu matçın 36-cı dəqiqəsində hücumçu İqor Jesus vurub.
“Botafoqo” 6 xal toplayaraq B qrupunda birinci yerə yüksəlib. PSJ isə 3 xalla ikinci yerdə qərarlaşıb.