EN

Masallıda 14 yaşlı qız itkin düşdü

Masallıda 14 yaşlı qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Dadva küçəsində yaşayan Xatirə Nurlan qızı Əhmədova iyunun 19-u saat 03 radələrində yaşadığı evdən çıxıb.

Daha sonra ondan heç bir xəbər alınmayıb. 

8-ci sinif şagirdinin itkin düşməsi barədə daxil olmuş müraciət Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.

Chosen
16
7
qafqazinfo.az

8Sources