ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Masallıda 14 yaşlı qız itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Dadva küçəsində yaşayan Xatirə Nurlan qızı Əhmədova iyunun 19-u saat 03 radələrində yaşadığı evdən çıxıb.
Daha sonra ondan heç bir xəbər alınmayıb.
8-ci sinif şagirdinin itkin düşməsi barədə daxil olmuş müraciət Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.