AZ

Masallıda 14 yaşlı qız İTKİN DÜŞDÜ

Masallıda 14 yaşlı qız itkin düşüb.

News24.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhərin Dadva küçəsində yaşayan Xatirə Nurlan qızı Əhmədova iyunun 19-u saat 03 radələrində yaşadığı evdən çıxıb.

Daha sonra ondan heç bir xəbər alınmayıb. 

8-ci sinif şagirdinin itkin düşməsi barədə daxil olmuş müraciət Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.



Seçilən
13
7
news24.az

8Mənbələr