EN

Bakıda bu yol bağlanacaq: İyunun 21-də ...

Bakıda bu yol bağlanacaq.

Ucnoqta.az xəbər verir ki, 21 iyun saat 08:00-dan 22 iyun saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur" - Agentliyin açıqlamasında bildirilir. 

Chosen
11
44
ucnoqta.az

10Sources