BAKI, TurkicWorld
2025-ci ilin yanvar- may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 54 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 377 milyon 650 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 75 milyon 580 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - may ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (43) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 354 milyon 750 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 22 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.