EN

“Sabah” Qazaxıstanda çempion oldu!

Qazaxıstanın Konayev şəhərində keçirilən “Qonaev City Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli “Ceyran” komandasını böyük hesabla məğlub edib – 9:0.

İlqar Mənsimovun baş məşqçisi olduğu komanda final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.

Qonaev City Cup

Yarımfinal

Ceyran – Sabah 0:9
Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov.

Final

Sabah – OSDYŞ Konayev 9:0
Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.

 

Chosen
248
9
idmanxeber.az

9Sources