AZ

"Sabah" Qazaxıstanda çempion oldu - finalda 9:0 hesablı qələbə

Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, "Sabah"ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli "Ceyran"ı böyük hesabla məğlub edib - 9:0.

İlqar Mənsimovun baş məşqçisi olduğu Bakı təmsilçisi final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.

"Qonaev City Cup"
Yarımfinal
Ceyran - Sabah - 0:9

Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov.

Final
Sabah - OSDYŞ Konayev - 9:0

Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.

Seçilən
218
9
football-plus.az

9Mənbələr