Şirvanda betonqarışdıran avtomobilin dəmir yolu körpüsünü dağıtması ilə bağlı görüntülər yayılıb.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə betonqarışdıran avtomobilin körpünün altından keçə bilmədiyi əks olunub. Bu səbəbdən də körpünün qəzalı vəziyyətə düşdüyü bildirilib.
“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, qıza nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.
“Ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.
Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb”, - məlumatda qeyd olunub.
ADY-dən, həmçinin bildirilib ki, qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.



10Sources
-
xalqqazeti.azAzərbaycan Respublikası Prezidentinin Fərmanı ( 20009268)
-
xalqqazeti.azAzərbaycan Respublikası Prezidentinin Fərmanı ( 20008245)
-
sportinfo.azVergi verənlər üçün - Bu tarixdən azadsınız, amma... ( 19946330)
-
referans.azVergi verənlərin diqqətinə: bu tarixdən azadsınız, amma... ( 19910620)
-
oxu.azVergi güzəştlərinin müddətinin uzadılmaması nəyə səbəb olacaq? Kaspi nin ARAŞDIRMASI ( 19738982)
-
news24.azVergi güzəştlərinin müddəti bitir: Maaşlar azalacaq? ( 19733762)
-
publika.azVergi güzəştlərinin müddəti bitir: Maaşlar azalacaq? ( 19727456)
-
xalqqazeti.azAzərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( 19613660)
-
xalqqazeti.azAzərbaycan Respublikası Prezidentinin Fərmanı ( 19487102)
-
turkic.worldErmənistan və Azərbaycan sülh sazişinin imzalanmasına çox yaxındır - Baqdasaryan ( 19485545)