EN

ABŞ İrana zərbələr endirib | VİDEO

AzVision.az xəbər verir ki, bu hücumu “gözəl hərbi uğur” adlandıran Donald Tramp qeyd edib ki, Tehranın sülhə nail olmalıdır. Əgər belə olmasa, gələcək zərbələr daha pis olacaq. O, İranda hələ də “bir çox hədəflərin” qaldığına diqqət çəkərək Tehranı hədələyib.

“Bu davam edə bilməz, ya sülh olacaq, ya da İran son səkkiz gündə şahidi olduğumuzdan qat-qat betər faciə yaşayacaq. Unutmayın, hələ də çoxlu hədəflər qalıb”,- Tramp ABŞ-nin “sayılan dəqiqələr”ərzində qalan hədəflərə hücum edə biləcəyi barədə xəbərdarlıq səsləndirib.

Ağ Evin rəhbəri bildirib ki, Vaşinqtonun məqsədi dünyanın aparıcı “terrorçuluğun sponsoru” tərəfindən yaranan nüvə təhlükəsini dayandırmaqdır:“40 ildir ki, İran “Amerikaya ölüm, İsrailə ölüm” deyir”. İran Yaxın Şərqin zorakılığı dələduzudur. İranın hücumları 1000-dən çox amerikalının, Yaxın Şərqdə və dünyada yüz minlərlə insanın ölümünə səbəb olub. Mən çoxdan qərar vermişdim ki, bu davam etməyəcək”.

Donald Tramp ABŞ ordusuna, eləcə də İsrailin baş naziri Binyamin Netanyahuya təşəkkür edərək, ölkələrin bir komanda kimi işlədiyini və İsrail üçün bu dəhşətli təhlükəni aradan qaldırmaq üçün uzun bir yol keçdiyini deyib. Tramp bu gecəkiəməliyyatda istifadə olunandan daha çox güc tətbiq edəcəyi ilə hədələyərək, İranı qisas almaq fikrindən daşınmağa çağırıb.

- İranın ABŞ-yə qarşı hər hansı cavab tədbiri bu axşam nümayiş etdiriləndən qat-qat artıq güclə qarşılanacaq”, - Amerika lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə İranın Natanzda, İsfahanda və Fordoda yerləşən nüvə obyektlərinə Amerikanın B-2 təyyarələri ən azı altı 15 tonluq bunker bombaları atıb, sualtı qayıqlar isə onlara 30-a yaxın “Tomahawk” qanadlı raketi buraxıb.

“Bugünkü Amerika zərbələrində gözə görünməyən “B-2A Spirit” ağır strateji bombardmançıları iştirak edib. Fordoya qarşı altı “GBU-57” raketi, Natanz və İsfahana qarşı isə otuz sualtı “Tomahawk” raketi istifadə olunub. ABŞ Hərbi Hava qüvvələri (HHQ) Qum şəhərinə də hücum edib. Amma bu hücum nüvə obyektlərinə əsas zərbədən yayınma manevri idi”, - “Fox News” telekanalının məlumatında deyilir.

Bununla belə, “New York Times” qəzeti yazır ki,ABŞ-nin xüsusi xidmət orqanlarının fikrincə, İsrailin hücumları yalnız altı ay müddətinə İranın nüvə proqramını pozub və onun növbəti zərbələri çətin ki, buna daha çox ziyan vursun. Amerika zərbələrininmümkün səbəblərindən biri kimi də məhz bu məqam göstərilir.

- ABŞ diplomatik kanallar vasitəsilə Tehranla əlaqə saxlayaraq əmin edib ki, Vaşinqton yalnız zərbələr planlaşdırır və İranda rejim dəyişikliyinə cəhd göstərmir”,-mənbələrə istinad edən “CBS” telekanalı bildirib.

Lakin bunun İranın üç nüvə obyektinə hücumdan əvvəl, yoxsa sonra baş verdiyi açqılanmır. Bununla yanaşı, Donald Tramp İranı sülhə çağırıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Tramp və Netanyahu ABŞ-nin İran hədəflərinə hücumundan bir neçə saat əvvəl telefonla danışıb.


Sahil İsgəndərov
AzVision.az

Chosen
14
17
azvision.az

10Sources