EN

Mossad agenti olmaqda ittiham edilən şəxs İranda edam edilib


İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nour News” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, edam edilən şəxs İsrailin kəşfiyyat xidməti Mossad ilə əməkdaşlıqda təqsirli bilinib.
Həmin şəxsin Fars körfəzi ölkələrindən birində yerləşən idarəçisinə həftəlik hesabatlar təqdim etdiyi və bu qarşılığında ödəniş aldığı bildirilir. Casusluq fəaliyyəti çərçivəsində o, İranla bağlı həssas məlumatları, o cümlədən ayrı-ayrı şəxslərə dair informasiyaları İsrail tərəfinə ötürüb.
Chosen
68
40
yeniavaz.com

10Sources