EN

ABŞ ordusu İranın üç nüvə obyektinə hücum edib

ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə uğurla hücum etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ABŞ lideri bu haqda “Truth Social”da yazıb.

“Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana çox uğurlu hücumumuzu başa çatdırdıq. İndi bütün təyyarələr İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar. İndi sülh vaxtıdır!”, - Tramp qeyd edib.

Chosen
52
10
sitat.info

10Sources