Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
“Qafqazinfo”nun məlumatına görə, “Hyundai” və “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə “Opel” markalı avtomobildə olan 2 qadın ölüb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
***
“Report”un məlumatına görə, avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



