AZ

Qubada minik avtomobilləri toqquşub, ölənlər var

Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Ölənlərin hər ikisi qadındır.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.  AZƏRTAC

Seçilən
12
10
korrespondent.az

10Mənbələr