AZ

Bakı-Quba yolunda ağır qəza - ölən və yaralananlar var - FOTO

Qubada iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, qəza Bakı-Quba yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Ölənlərin hər ikisi qadındır.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
10
avtosfer.az

10Mənbələr