EN

Şəkər tozunun qiyməti düşüb

Beynəlxalq bazarlarda şəkərin qiymətində kəskin ucuzlaşmalar müşahidə olunur.

Marja xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən əmtəə birjası olan Qitələrarası Birjada (Intercontinental Exchange) bir funt şəkərin qiyməti 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəsini - 0,1626 dolları test edib.

Şəkər tozunun qiyməti iyun ayında 4 faiz, ilin əvvəlindən bəri isə 15 faidən çox ucuzlaşıb. 

Xüsusilə şəkər tozu təklifinin artacağı gözləntiləri ilə şəkər tozu qiymətləri kəskin şəkildə aşağı düşüb. Qlobal şəkər tədarükünün artacağı barədə məlumatlar qiymətlərə təzyiq göstərir.

ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) 2025/26-cı illərdə qlobal şəkər tozu istehsalının əvvəlki illə müqayisədə 4,7 faiz artacağını proqnozlaşdırmışdır. Hindistan, Tayland və Braziliyada istehsalın arta biləcəyi ilə bağlı proqnozlar şəkər qiymətlərinə təzyiq göstərən mühüm amillərdəndir. 

Chosen
6
marja.az

1Sources