AZ

Bu məhsulların qiyməti artdı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025-ci ilin iyun ayı üzrə qlobal ərzaq qiymətləri ilə bağlı hesabat yayıb.

Publika.az xəbər verir ki, ötən ay ərzaq qiymətləri əsasən ət, süd məhsulları və bitki yağlarının bahalaşması səbəbilə artıb.

FAO-nun ərzaq qiymətləri indeksi iyun ayında 0,5 faiz artaraq 128 bəndə çatıb. Bu, 2024-cü ilin iyun ayı ilə müqayisədə 5,8 faiz yüksəliş deməkdir.

Ən böyük bahalaşma ət məhsulları kateqoriyasında qeydə alınıb. Xüsusilə mal, qoyun və donuz ətlərinin qiymətləri ciddi şəkildə artaraq indeks üzrə yeni rekord səviyyəyə çatıb. Ət qiymətləri ötən ayla müqayisədə 2,1 faiz yüksəlib.

Seçilən
6
29
publika.az

10Mənbələr