AZ

Bu məhsulların qiyməti artdı - SİYAHI

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2025-ci ilin iyun ayı üzrə qlobal ərzaq qiymətləri ilə bağlı hesabat yayıb.

News24.az xəbər verir ki, ötən ay ərzaq qiymətləri əsasən ət, süd məhsulları və bitki yağlarının bahalaşması səbəbilə artıb.

FAO-nun ərzaq qiymətləri indeksi iyun ayında 0,5 faiz artaraq 128 bəndə çatıb. Bu, 2024-cü ilin iyun ayı ilə müqayisədə 5,8 faiz yüksəliş deməkdir.

Ən böyük bahalaşma ət məhsulları kateqoriyasında qeydə alınıb. Xüsusilə mal, qoyun və donuz ətlərinin qiymətləri ciddi şəkildə artaraq indeks üzrə yeni rekord səviyyəyə çatıb. Ət qiymətləri ötən ayla müqayisədə 2,1 faiz yüksəlib.

Bununla yanaşı: Bitki yağları 2,3% bahalaşıb, süd məhsulları isə 0,5% artıb. Əvəzində taxıl və şəkər qiymətləri bir qədər ucuzlaşıb və ümumi artımı cüzi balanslaşdırıb.

FAO-nun hesabatına görə, 2025-ci ilin iyun ayında dünyada ən çox bahalaşan ərzaq məhsulu məhz ət olub./publika


Seçilən
12
34
news24.az

10Mənbələr