EN

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən  bildirilib.

Qeyd edilib ki, ilk reys 2 avqust tarixində həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

"Cebheinfo.az" 

Chosen
7
33
cebheinfo.az

10Sources