EN

UNEC-də abituriyent və valideynlər üçün “Açıq qapı” günü keçiriləcək

Bakı. Trend:

İyunun 24-də UNEC-in əsas tədris binasında abituriyentlər vəonların valideynləri üçün “Açıq qapı” günü təşkil ediləcək.

“Açıq qapı” günündə iştirak edənlər universitetin tədrisprosesi, təklif olunan ixtisaslar, qəbul qaydaları, tələbə həyatıvə digər yeniliklər barədə ətraflı məlumat ala biləcəklər. TədbirUNEC-in təhsil mühitini yaxından tanımaq və gələcək ixtisas seçimiüçün faydalı məsləhətlər əldə etmək istəyən hər kəs üçün idealfürsətdir.

İştirak etmək üçün WhatsApp vasitəsilə 012 492 60 43 nömrəsinəyazmaq və qeydiyyatdan keçmək kifayətdir.

Abituriyentlərlə görüş saat 10:00-13:00-dək davam edəcək.

Ünvan: UNEC-in əsas tədris binası, İstiqlaliyyət küçəsi, 6.

Gələcəyinizə doğru addım atmaq üçün UNEC-in “Açıq qapı” günündəsizi gözləyirik!

Chosen
8
5
az.trend.az

7Sources