AZ

UNEC Telegram Bot istifadəyə verildi: Müraciətləriniz 7/24 operativ cavablandırılacaq

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rəqəmsalxidmətlərini daim genişləndirərək daha əlçatan və innovativ mühityaratmağa davam edir. Bu istiqamətdə atılan növbəti yenilikmüraciətlərin operativ və fasiləsiz cavablandırılması məqsədiləistifadəyə verilmiş “UNEC Telegram Bot” xidmətidir.

Telegram Bot vasitəsilə istifadəçilər UNEC-də tədris olunanixtisaslar, qəbul qaydaları, tədris binaları və digər məlumatlarlatanış ola bilərlər. Eyni zamanda tələbə və müəllim kabinetlərinə,Elektron Kitabxana, Bir Pəncərə xidməti və digər rəqəmsalplatformalara bir toxunuşla keçid imkanı yaradılıb.

Botun “Dəstək xidməti” bölməsi vasitəsilə istifadəçilər onlarımaraqlandıran mövzularla bağlı birbaşa sorğular göndərə və operativcavab ala bilərlər.

Telegram bot həftənin 7 günü, 24 saat fasiləsiz fəaliyyətgöstərərək tələbələr, abituriyentlər, valideynlər və ümumilikdəUNEC-lə maraqlanan hər kəs üçün rahat və çevik informasiya dəstəyitəqdim edir.

Telegramda @UNEC_Bot ünvanına daxil olaraq suallarınızaasanlıqla cavab tapın və UNEC-in rəqəmsal xidmətlərindən sürətlişəkildə faydalanın!

Seçilən
76
22
az.trend.az

10Mənbələr