AZ

“UNEC Telegram Bot” istifadəyə verildi: Müraciətləriniz 7/24 operativ cavablandırılacaq

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rəqəmsal xidmətlərini daim genişləndirərək daha əlçatan və innovativ mühit yaratmağa davam edir. Bu istiqamətdə atılan növbəti yenilik müraciətlərin operativ və fasiləsiz cavablandırılması məqsədilə istifadəyə verilmiş “UNEC Telegram Bot” xidmətidir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Telegram Bot” vasitəsilə istifadəçilər universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, tədris binaları və digər məlumatlarla tanış ola bilərlər. Eyni zamanda, tələbə və müəllim kabinetlərinə, “Elektron kitabxana”, “Bir pəncərə” xidməti və digər rəqəmsal platformalara bir toxunuşla keçid imkanı yaradılıb.

Botun “Dəstək xidməti” bölməsi vasitəsilə istifadəçilər onları maraqlandıran mövzularla bağlı birbaşa sorğular göndərə və operativ cavab ala bilərlər.

“Telegram bot” həftənin 7 günü, 24 saat fasiləsiz fəaliyyət göstərərək tələbələr, abituriyentlər, valideynlər və ümumilikdə UNEC-lə maraqlanan hər kəs üçün rahat və çevik informasiya dəstəyi təqdim edir.

 

Seçilən
100
14
azertag.az

10Mənbələr