ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Gəncə şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü videoya çəkilərək sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə axşam saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, taksi fəaliyyətiylə məşğul olan “Toyota Aqua” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Belə ki, o, əl əyləcini çəkərək maşını fırladıb. Hadisə şahidinin iddiasına əsasən, sözügedən sürücü bir az irəlidə yenidən əyləci çəkərək “şou” göstərib. Lakin bu dəfə o, maşını boruya çırparaq qəza törədib.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.