Koko Qoff və Arina Sabalenko arasında keçirilən “Rolan Qarros” finalı təkcə idman hadisəsi deyil, həm də böyük qalmaqalın mənbəyinə çevrildi.
Publika.az xəbər verir ki, məğlubiyyətdən sonra belaruslu tennisçi açıq şəkildə amerikalının qələbəsini dəyərsizləşdirdi, hər şeydə küləyi və özünü günahlandırdı, lakin qeyd etməyi də unutmadı ki, əgər finalda onun əvəzinə İqa Şvyontek olsaydı, Qoff mütləq məğlub olardı.
Şərh qəzəb dalğasına səbəb oldu, çünki o, 20 yaşlı çempionun xidmətlərini açıq şəkildə aşağılamışdı. Sabalenko sonradan ritorikasını yumşaltsa da , Kokonun qələbəsini layiqincə qəbul etsə də, onun sözləri bir çox pərəstişkarının ağzında acı dad buraxdı. Amma deyəsən, Qoff özü də gözlənilməz bir jestlə hekayəni bağlamaq qərarına gəlib.
Londonda “Uimbldon”a hazırlıq zamanı hər iki tennisçi eyni məşqdə iştirak etməklə yanaşı, meydançada birlikdə rəqs ediblər. Xatırladaq ki, “Uimbldon” iyunun 30-dan iyulun 13-dək keçiriləcək.