Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sükan arxasında yol hərəkəti qaydalarını pozan həmyerlilərimizin videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Türkiyədə qeydə alınıb. Kadrdan da göründüyü kimi, qadın sürücü təhlükəsizlik kəmərini taxmadan “BMW” markalı avtomobili idarə edib. Həmçinin o, maşın hərəkət edən zaman əlini sükandan çəkib və yola baxmadan mahnı oxuyaraq fikri yayındıracaq davranışlar edib. Sürücünün yanında əyləşən qadın sərnişin də ondan geri qalmayıb. Belə ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişin oturacaqda çöməlib sürücüylə birlikdə yol boyu mahnı oxuyub.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.