“Neftçi” Filip Ozobiçlə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.