EN

Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Hacı-Məhərrəmov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) – “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.

Chosen
15
15
arena.az

10Sources