EN

Klublararası DÇ: "Bavariya" və "Çelsi"nin pley-off mərhələsindəki rəqibləri bilindi

Klublararası Dünya Çempionatında D qrupundan "Flamenqo" və "Çelsi" klubları pley-off mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, Braziliya təmsilçisi 7 xal toplayaraq birinci, İngiltərə komandası isə 6 xalla ikinci yeri tutub.

“Flamenqonun” pley-off mərhələsində rəqibi “Bavariya” (29 iyun), “Çelsi”nin rəqibi isə “Benfika” (28 iyun) olacaq.

2025-ci il Klublararası Dünya Çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.

Chosen
41
28
operativmedia.az

10Sources