"Bavariya" 2025-ci il Klublararası Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda "Boka Xuniors"u məğlub edib.
Operativ Media xəbər verir ki, bununla da Münhen komandası pley-offa vəsiqəni təmin edib.
"Bavariya"nın 6 xalı var və C qrupunda birinci yerdədir. "Benfika" 4 xalla 2-ci, "Boka Xuniors" 3-cü (1 xal), "Oklend Siti" 4-cü (0 xal) pillədə qərarlaşıb.
Son turda “Bavariya” “Benfika”, “Oklend” isə “Boka Xuniors”la qarşılaşacaq. Hər iki qarşılaşma iyunun 24-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq