ABŞ-də keçirilən klublararası dünya çempionatında qrupdan çıxan daha 4 klubun adına aydınlıq gəlib.
Operativ Media xəbər verir ki, B qrupunda PSJ "Seattle Sounders"i 2-0 hesabı ilə məğlub edib. "Atletiko Madrid" isə "Botafoqo"ya 1-0 hesabı ilə qalib gəlib. Bu qrupdan PSJ və "Botafoqo" növbəti mərhələyə yüksəlib.
C qrupunda isə "Portu" "Əl-Əhli" ilə 4-4 hesablı heç-heçə edib. "İnter Mayami" isə "Palmeyras"la sülhə razılaşıb - 2:2. "Palmeyras" və "İnter Mayami" qrupdan çıxmağı bacarıb.