Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda mütəxəssis-ekspert, qastroenteroloq Emin Məmmədov səsləndirib.
Onun sözlərinə görə, bayram günlərində sağlam qidalanmanı təmin etmək üçün öncədən plan qurmaq çox vacibdir: “Yemək saatlarını əvvəlcədən müəyyənləşdirmək, gün ərzində fasilələrlə qidalanmaq faydalıdır. Bayram süfrəsində ağır və yağlı yeməklərin yanında lifli tərəvəz salatlarına, yoğurt əsaslı məzələrə, təbii şirələrə və bol suya yer vermək lazımdır. Qızartmalar və un məmulatlarını az qəbul etmək, desertləri isə əsas yeməkdən azı 2 saat sonra qəbul etmək daha məqsədəuyğundur. Şirniyyata tamamilə qadağa qoymaq əvəzinə, onu miqdarında qəbul etmək lazımdır”.
9Sources
-
demokrat.azBayram günlərində necə qidalanmaq lazımdır? — Həkim rəyi ( 18652417)
-
demokrat.azBayram günlərində necə qidalanmaq lazımdır? Həkim rəyi ( 18652402)
-
azpost.infoBayram günlərində necə qidalanmaq lazımdır? –Həkim rəyi ( 18650512)
-
ikisahil.azBayram günlərində qidalanmaya ciddi fikir verilməlidir - DİQQƏT ( 18646963)
-
azertag.azMütəxəssis: Bayram günlərində qidalanmaya ciddi fikir verilməlidir ( 18646702)
-
azertag.azMütəxəssis: Bayram günlərində qidalanmaya ciddi fikir verilməlidir ( 18646696)
-
referans.azBayram və tətil günlərində sağlam qidalanmanı necə planlamaq olar? ( 18637366)
-
az.trend.azBayram və tətil günlərində sağlam qidalanmanı necə planlamaq olar? ( 18637207)
-
musavat.comBayram və tətil günlərində sağlam qidalanmanı necə planlamaq olar? ( 18636358)